FHN yanında İctimai şuranın ilk iclası keçirilib - VİDEO

13:14 18.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 17-dəfövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yanında İctimai şuranın üzvləri ilə görüşüb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazir müavini Faiq Tağı-zadə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin vətəndaş cəmiyyəti institutlarına xüsusi diqqət və qayğısından söz açıb, qeyri-hökumət təşkilatlarının cəmiyyətdə oynadığı rolun əhəmiyyətindən danışıb. Nazir müavini Nazirlik yanında yeni yaradılmış İctimai şuranın fövqəladə halların idarə edilməsi ilə əlaqədar müvafiq rəy və təkliflərinin nəzərə alınacağını bildirib, ictimaiyyətlə səmərəli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edərək ona fəaliyyətində uğurlar arzulayıb.